Laurentsiu Regekekampf: "Heç-heçə olsaydı, sevinərdik"

Laurentsiu Regekekampf: "Heç-heçə olsaydı, sevinərdik"

“Oyuna çox pis başladıq. Heç-heçə olsaydı, sevinərdik. Topa sahib ola bilmirdik, sürətli ola bilmirdik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXX tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis oyundan əvvəl rəqibin pressinq edəcəyini futbolçularına dediyini söyləyib: “İlk pressinq xəttini keçib onları üstələməli idik. Amma bəxtimiz gətirmədi. Qapımızda ilk qolu gördük. Belə hallar futbolda baş verir. İkinci qolda referi penalti kimi dəyərləndiribsə, deməli, penalti idi. Yenə də olmalı deyildi. Top Ömərə gəlir, boşdur, yanında heç kim yoxdur. Topu saxlaya bilərdi. Amma dərhal qərara gəldi ki, ötürmə versin. Həmin epizodun sonunda qapımızda penalti oldu”.

O, iki qoldan sonra oyunda dönüş etməyə çalışdıqlarını söyləyib: “İki qol, xüsusən də, gənclərə çətinlik yaratdı. Buna görə də, fasilədən dərhal sonra iki əvəzləmə etdik. Açığı, gəncləri meydanda daha çox saxlamağı düşünürdüm. Amma nəticəyə reaksiya göstərməli idik. Qol vurduq, bəzi imkanlardan yararlana bilmədik. Rəqibə böyük hədiyyə etmiş olduq. Bir neçə gündən sonra ölkə kubokunda vacib matçımız olacaq. Bilirəm ki, hamı həmin qarşılaşmaya hazır olacaq. Süni örtüklü meydançada stadion azarkeşlə dolu ola bilər. Futbol üçün yaxşı atmosfer olacaq. Kifayət qədər təcrübəli oyunçularımız var. Pozitiv düşünməliyik”.

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir