Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 3-ü bürünc medal qazana bilər

Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 3-ü bürünc medal qazana bilər

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 92 kq-dakı Osman Nurmaqomedov yarımfinalda Ermak Kardanova (Slovakiya) qalib gəlib.

O, aprelin 19-da qızıl medal uğrunda görüşə çıxacaq.

Bu gün mübarizəyə qoşulan digər güləşçilərdən Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal şanslarını davam etdirirlər. Onlar sabah təsəlliverici görüşə qatılacaqlar.

16:49

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilverə (İsrail) qalib gəlib.

86 kq-dakı Abubakr Abakarov eyni raundda Dauren Kuruqliyevə (Yunanıstan) yenilib.

61 kq-dakı İntiqam Vəlizadə təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğu üçün Vəlizadə medal şansını itirib.

74 kq-dakı Cəbrayıl Qadjiyev Simon Markla (Avstriya) qalib gəlsə də, Frank Çamisoyla (İtaliya) bacarmayıb.

Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili Gennadi Kudinoviç (Almaniya) güclü olsa da, Taha Akgülün (Türkiyə) müqavimətjni qıra bilməyib.

Qadjiyev, Abakarov və Meşvildişvilinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.

Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə bürünc medal qarşılaşmasında Erik Aruşanyan (Ukrayna), 79 kq-dakı Səbuhi Əmiraslanov Hetik Çabolovla (Serbiya) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var