“Zirə”nin “Qarabağ” sindromu: 8 illik qələbə, 2 illik səfər qolu həsrəti – STATİSTİKA

“Zirə”nin “Qarabağ” sindromu: 8 illik qələbə, 2 illik səfər qolu həsrəti – STATİSTİKA

Azərbaycan Premyer Liqasında XXXI turun mərkəzi oyunu “Qarabağ”la “Zirə” arasında keçiriləcək.

“Report”un məlumatına görə, “Azersun Arena”da baş tutacaq matçda qələbə ev sahiblərindən çox qonaqlar üçün vacibdir.

Çünki çempionatın lideri “Qarabağ” ən yaxın izləyicisini 9 xal qabaqlayırsa, “Zirə” avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Daha bir məğlubiyyət Rəşad Sadıqovun yetirmələrini 4-cü pillədəki “Qəbələ”dən 4 xal geri sala bilər.

Bakılılar buna mane olmaq üçün son çempion önündə qalibiyyətə məhkumdurlar. Bu baş verərsə, “Sabah”dan sonra “Zirə” də tarixində ilk dəfə ölkə çempionatında “Qarabağ”ı məğlub edəcək. “Sabah” bir tur əvvəl çempiona qalib gələrək tilsimi qırıb.

“Zirə”nin uğursuz seriyası daha uzundur. Paytaxt təmsilçisi Premyer Liqada debüt etdiyi 2015-ci ildən bəri ağdamlıları üstələməyi bacarmayıb. Tərəflərin elitada üz-üzə gəldikləri 8-ci mövsüm sabah baş tutacaq qarşılaşma ilə yekunlaşacaq. Bu 8 mövsüm ərzində keçirilən 30 görüşün yalnız 10-da zirəlilər heç-heçə etməklə öyünə biliblər. Digər 20 matçdan “Qarabağ” 3 xalla ayrılıb. Top fərqi də müqayisə olunmayacaq dərəcədədir. Qurban Qurbanovun kollektivi bu rəqibini 63 dəfə cəzalandırıb, özü cəmi 13 dəfə mərkəzə dəvət olunub.

30 oyundan 14-ü “Qarabağ”ın meydanında keçirilib ki, bunun 8-də ağdamlılar rəqibə şans verməyiblər. “Zirə” 6 səfər görüşündən 1 xalla ayrılmağa müvəffəq olub. Bakılılar geridə qalan 14 qarşılaşmada cəmi 7 qol vurublarsa, özləri 22 dəfə məyus olublar. “Zirə” 9 səfər matçında “Qarabağ”ın qapısına yol tapa bilməyib.

Komandaların “Azersun Arena”dakı son iki duelində qolsuz bərabərlik qeydə alınıb. “Qarabağ” son 3 ev qarşılaşmasında qol buraxmayıb. Rəşad Sadıqovun kollektivi axırıncı dəfə iki il əvvəl – 2021-ci ilin mayında səfərdə rəqib qapısına yol tapa bilib.

Qeyd edək ki, aprelin 21-də keçiriləcək “Qarabağ” – “Zirə” oyunu saat 20:00-da başlayacaq.

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
Şimali makedoniyalı futbolçu: "Azərbaycanla oyunu maksimum peşəkarlıqla keçirməliyik"

Şimali makedoniyalı futbolçu: "Azərbaycanla oyunu maksimum peşəkarlıqla keçirməliyik"

Futbol
Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidandan üzr istəyib

Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidandan üzr istəyib