Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıb

Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatı başa çatıb.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 156 komandanın 2000-dən çox idmançısının qatıldığı yarışın son günündə Azərbaycanın "Gilan" İdman Klubunun üzvləri 2 qızıl və 1 bürünc, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin təmsilçisi 1 bürünc medal qazanıb.

"Gilan"ın heyətində Qaşım Maqomedov çempion tituluna yiyələnib. 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxan taekvondoçu 1/16 finalda israilli Aqam Elanini məğlub edib. Ardınca finlandiyalı Otto Susiluotanı mübarizədən kənarlaşdıran təmsilçimiz 1/4 finalda türkiyəli İbrahim Oterə də qalib gəlib. Maqomedov yarımfinalda fransalı Samuel Bedarta gücünü göstərib. O, finalda moldovalı Sergey Uskovla döyüşüb. Gərgin keçən görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb və Qaşım fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun uğurunu Minayə Əkbərova (46 kq) da təkrarlayıb. İlk görüşündə komanda yoldaşı Zemfira Həsənzadəni məğlub edən idmançı ardınca fransalı Serra Qaya qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda israilli Rivka Bayeç üzərində də qələbə qazanan Əkbərova həlledici görüşdə lesotolu Miçelle Taunu sınağa çəkib. Bu döyüşü də aktivinə yazan Minayə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Gilan”ın digər taekvondoçusu Yaşar Məmmədli bürünc medalla kifayətlənib. 68 kq-da mübarizə aparan idmançı ardıcıl olaraq polşalı Danilo Storçak, monteneqrolu Zinedin Beqay və bolqarıstanlı Mitko Corcevə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə isveçli Ali Alianla üz-üzə gəlib və məğlub olaraq, bürünc medala yiyələnib.

Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin taekvondoçusu Nicat İsmayılzadə (80 kq) də fəxri kürsüyə qalxıb. O, ilk 2 döyüşündə mərakeşli Yussef Boatrisə və Səudiyyə Ərəbistanından Mohammed Alsovaiqə qalib gəlib. İsmayılzadə yarımfinalda Farzad Mansuriyə (RTA) uduzduğundan 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan klubları Avropa çempionatını 6 medalla bitirib. “Gilan” 2 qızıl və 2 bürünc medalla komanda hesabında 156 klub sırasında 3-cü yeri tutub.

Qeyd edək ki, daha öncə “Gilan”dan Taleh Süleymanov (87 kq) da üçüncü yeri tutub. Gənclərin yarışında isə “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva (42 kq) gümüş medala yiyələnib.

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT