Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.

Komandamızın heyətində 48 kq çəki dərəcəsində mübarizə aparan Həsən Məlikov finalda Jenşi Ulpatova (Qırğızıstan) qalib gələrək yarışın qalibi olub. Məsud Yusifzadə (54 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə qazaxıstanlı Jandaulet Sersenbayevi məğlub edib.

75 kq çəkidə rinqə çıxan Mirşərif Kazımzadə finalda Timur Esxojinlə (Qazaxıstan) üz-üzə gəlib. Dueldən qalib ayrılan boksçu turniri birinci pillədə başa vurub. Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də təkrarlayıb. Milli üzvü həlledici qarşılaşmada kambocalı Anver Nasredinovdan üstün olub.

Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) isə finalda kubalı Lopes Fernando Aleiandroya gücünü göstərib. Təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gələrək, Karaqandada Azərbaycan himnini səsləndirib.

Onlardan fərqli, Nəbi İsgəndərov (67 kq) finalda Ruslan Madiyevə (Qazaxıstan), Rəşid Həsənov (71 kq) Bekzat Boranbayevə (Qazaxıstan) məğlub olaraq, gümüş medalla kifayətləniblər.

Bir gün öncə isə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala layiq görülüblər.

Yığmamız 5 qızıl, 2 gümüş və 5 bürünc medalla yarışda komanda hesabında birinci yeri tutub. Qazaxıstan ikinci, Kuba üçüncü olub.

Azərbaycanlı referi Rövşən Qədirov isə döyüşləri ən yaxşı idarə edən hakimlərdən biri kimi xüsusi mükafata layiq görülüb.

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

Döyüş növləri
Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO