Aydın Bayramov: “VAR kamerası hər şeyi aydın göstərir” - MÜSAHİBƏ

Aydın Bayramov: “VAR kamerası hər şeyi aydın göstərir” - MÜSAHİBƏ

"Sumqayıt"ın qolkiperi Aydın Bayramovun apasport.az saytına müsahibəsi

- Son turda "Kəpəz"i səfərdə məğlub edə bildiniz. Matç sizin üçün necə alındı?

- Matç çox gərgin alındı. Hava şəraiti bir tərəfdən, oyunun gərginliyi də öz sözünü dedi. Əslində, oyuna çox yaxşı hazırlaşmışdıq və Qəbələyə də qələbə arxasınca yollanmışdıq. Şadam ki, qalib gələ bildik.

- Vurduğunuz qolun ofsayd olduğu görünürdü və çox müzakirə edildi. Yəqin epizodun təkrarına baxmısan. Epizodu necə şərh edərdin?

- VAR kamerası hər şeyi aydın göstərir. Məncə, Todor Todoroski ilə Vüsal İsgəndərli eyni xətdə idi.

- "Kəpəz"ə qarşı Qəbələdə, yoxsa Gəncədə oynamaq çətindir?

- Təbii ki, Gəncədə oynamaq hər komanda üçün çətindir. Məncə, azarkeş amili öz sözünü deyir. Hər halda, Gəncədə yerli publika komandaya öz dəstəyini verir. Ona görə, məhz orada oynamağın daha çətin olduğunu deyə bilərəm.

- "Sumqayıt hazırda 28 xalla 8-ci pillədədir. Səncə, komanda Premyer Liqadakı yerini artıq qoruyub, yoxsa təhlükəni yenə hiss edirsiz?

- Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizə mövsümün sonuncu oyununa qədər də gedəcək. Ona görə də, indidən bir söz demək olmur. Sonda necə olacağını hamımız birlikdə görəcəyik.

- Bir müddət əsas heyətdə meydana çıxmadın. Bu nə ilə əlaqədar idi?

- Zədə səbəbindən. Çünki bir aya yaxın idi, komanda ilə məşq etmirdim. Müalicə olurdum. Ona görə də, oynamırdım. İndi hər şey yaxşıdır.

- Növbəti turda "Səbail"lə qarşılaşacaqsız. Yəqin ki, bu matç sizin üçün liqada qalıb-qalmamaq baxımından önəmli olacaq...

- Doğrudur, "Səbail"ə qarşı matç çox vacibdir. Əslində, həm biz, həm də onlar üçün vacibdir. Qələbə qazana bilsək, işimizi bir az da asanlaşdıracağıq. İstəyimiz də budur.

- Mövsüm sonunda "Turan Tovuz"a keçəcəyin deyilir. "Sumqayit"dan mövsümün sonu ayrılacaqsan?

- Mövsümün sonuna qədər "Sumqayıt"la müqaviləm var. Komanda ilə bu haqda danışacağıq. İndidən nəsə deməyim doğru çıxmaz.

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

Futbol
Jerar Pike təşkilatçısı olduğu turnirdə oynaya bilər

Jerar Pike təşkilatçısı olduğu turnirdə oynaya bilər

Futbol
DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub

Futbol
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub