Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, son 6 oyundan sonra daha 2 komanda 1/8 finala vəsiqəni təmin edib.

A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.

B qrupunda Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"i ilə heç-heçə edib - 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya "Portu"sunu pley-offa çıxarıb.

C qrupunda "Barselona" İspaniyada Almaniya "Bavariya"sını 0:3 hesabı ilə uduzub. Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya "İnter"i və "Bavariya" isə qrupdan çıxmağı təmin edib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya) - 3:0

Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə) - 0:3

Qollar: Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya) - 0:4

Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya) - 2:2

Qollar: Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 - Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 4:0

Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qol: Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 1:1

Qol: Rodriqo Bentankur, 80 - Markus Edvards, 22

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Daiti Kamada, 3. Randal Kolo Muani, 27 - Matteo Genduzi, 22

Xal durumu: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

22:35

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, B və C qrupundakı matçlardan sonra 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib.

İtaliyada Çexiyanın "Viktoriya" (Plzen) komandasına 4 cavabsız qolla qalib gələn "İnter" adını pley-offa yazdırıb. Bu, nəticədən sonra C qrupunda İspaniya "Barselona"sının turnirlə vidalaşması rəsmiləşib.

B qrupunda isə Portuqaliya "Portu"su Belçikada "Brügge"ni darmadağın edib - 4:0. Bu qrupun digər oyununda Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"ini məğlub edə bilməsə, Portu şəhərinin eyniadlı təmsilçisi vaxtından əvvəl 1/8 finala adlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya) - 0:4

Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)

Xal durumu: "Brügge" - 10 (5 oyuna). "Portu" - 9 (5 oyuna). "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 4:0

Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 12. "İnter" - 10 (5 oyuna). "Barselona" - 4. "Viktoriya" - 0 (5 oyuna)

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb