“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: İtaliya millisi darmadağın olub - YENİLƏNİB-3

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: İtaliya millisi darmadağın olub - YENİLƏNİB-3

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, A qrupunda Serbiya millisi İtaliya ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan matçda serbiyalılar inamlı qələbə qazanıblar - 9:3.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması ilk pilləyə yüksəlib. Xalı olmayan İtaliya isə qrupun autsayderidir.

Qeyd edək ki, günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesab, Türkiyə isə Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib.

16:26

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Qazaxıstan yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda məğlub olan türkiyəlilərin güclü rəqibə də uduzmaları gözlənilirdi. Lakin Qazaxıstan seçməsi ardıcıl iki qələbədən sonra budəfəki rəqibinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesablı məğlub edib.

14:33

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan Gürcüstanla Çexiya yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda rəqibləri ilə bərabərə qalan çexiyalılar turnirdə birinci qalibiyyətlərini əldə ediblər. Qarşılaşma Gürcüstan seçməsinin 3:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Gürcüstan millisi qrupda son matçını bu gün axşam saatlarında Azərbaycan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, günün ilk oyununda Ukrayna CAR üzərində 6:1 hesablı qələbə qazanıb.

12:46

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Ukrayna ilə CAR yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk iki matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Ukraynanın 6 qoluna cəmi 1 topla qarşılıq verə biliblər – 1:6. Nəticədə Ukrayna millisi turnirdə ikinci qalibiyyətini əldə edib.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Türkiyə - Qazaxıstan və Ukrayna – Fransa matçları olacaq. A qrupunda isə Gürcüstan – Çexiya, Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan görüşləri keçiriləcək.

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi klubları cəzalandırıb

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq