Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub

Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, “Azərreyl” Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra söz çıxış üçün Vüqar Əhmədova verilib. Qonaqları salamlayan AKAF prezidenti yarışda 20-dək ölkə idmançılarının iştirak etdiklərini xatırladıb. O bildirib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunmuş Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzulayıb.

Ardınca danışan Bəşir Hacıyev turnirin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, reqatanın Ulu Öndərin 100 illik yubileyinə həsr olunması xüsusi önəm daşıyır: “Qarabağa həyat qayıdır, işğaldan azad olunmuş torpaqlar önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu, hər zaman bizə doğru yolu göstərəcək. İştirakçılara uğurlar arzu edirəm”.

Sonda isə Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb. Nazir üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının artdığını vurğulayıb: “Tədbirimiz ən yüksək səviyyədə keçir. Buna görə nazirlik adından federasiyaya təşəkkürümü bildirirəm. Təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil”.

F.Qayıbov deyib ki, idmançılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirlər: “Bu il “Heydər Əliyev İli”ni qeyd edirik. Müxtəlif federasiyalar beynəlxalq tədbirlər keçirirlər”.

İdmançılara uğurlar arzulayan nazir yarışı açıq elan edib.

Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunub.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb