Azərbaycan millisinin baş məşqçisi: “Finala yüksəlmək istəyiriksə, gücümüzü qorumalıyıq” - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: “Finala yüksəlmək istəyiriksə, gücümüzü qorumalıyıq” - MÜSAHİBƏ

Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində Azərbaycan yığması pley-off mərhələsinə vəsiqə qazanıb.

Yer aldığı A qrupunun son oyununda Serbiya ilə qolsuz bərabərə qalan milli üçüncü yeri tutub və yarımfinala vəsiqə uğrunda Fransaya rəqib olub.

“Report”un suallarını cavablandıran Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev həm Serbiya ilə matçı dəyərləndirib, həm də turnirdəki hədəflərindən bəhs edib.

- Qrupun son oyununda fiziki cəhətdən güclü Serbiya yığması ilə qolsuz heç-heçə etdiniz. Görüş gözlədiyiniz kimi keçdi?
- Bəli, Serbiya Avropanın ən yaxşı komandalarından biridir. Həm fiziki, həm də taktiki baxımdan çox yaxşıdırlar. Şadam ki, maraqlı mübarizə alındı.

- Qalib gəlsəydiniz, qrupu birinci pillədə tamamlayacaqdınız. Bunu reallaşdırmağa nə mane oldu?
- Açığı, bizim üçün qrupda birinci və ya üçüncü yeri tutmağın elə böyük fərqi yoxdur. Pley-offda da maraqlı görüşlər olacaq. Bizə qələbə əsasən pley-offda lazım olacaq.

- Oyun zamanı tez-tez heyəti dəyişirdiniz. “5-lik”ləri seçərkən nəyə daha çox önəm verirsiniz?
- Bizim eyni səviyyədə iki heyətimiz var. Hətta üçüncü heyəti formalaşdıracaq sayda futbolçuya malikik. Oyunçuların fərdi bacarıqlarına çox üstünlük vermirik, kollektiv mübarizə nümayiş etdirməyə çalışırıq. Taktiki cəhətdən eyni səviyyədə heyətlər formalaşdırmaq istəyirik ki, hansısa futbolçuda problem yaransa, oyunumuz axsamasın. Həm də hər gün oyun keçiririk. Finala yüksəlmək istəyiriksə, gücümüzü qoruya-qoruya çıxış etməliyik.

- Komandanızın qrupdakı çıxışından razı qaldınız?
- Ən çətin qrupa düşmüşdük. Avropanın ən güclü üç komandası – Çexiya, Serbiya və Azərbaycan bir qrupda idilər. Bu mərhələni qapımızdan top buraxmadan bitirməyi bacardıq. Bu gün daha yaxşı oyunla və bol qolla qələbələr qazanaraq, finala yüksəlmək istəyirik.

- Qapınızdan qol buraxmadığınızı qeyd etdiniz. Digər tərəfdən, cəmi 4 qol vurmusunuz. Bu, hücumdakı sıxıntıdan qaynaqlanır?
- Düşünmürəm ki, hücumda problemimiz var. Çünki çox güclü rəqiblərə qarşı oynamışıq. Əlbəttə ki, matçlarda çox qol vursaq, daha yaxşı olar. Belədə komanda öz oyununu da yüksək tərəfdən göstərə bilər. İmkanlar əldə etdik, sadəcə sonluğu gətirə bilmədik. Məşqlərdə bunun üzərində çalışacağıq.

- Bu gün pley-offda Fransa ilə qarşılaşacaqsınız. Rəqib barədə məlumatınız varmı?
- Fransa yığmasının oyunlarına baxmışam. Düşünürəm ki, bu gün daha maraqlı, baxımlı mübarizə olacaq. Azarkeşlərdən xahişim odur ki, oyunlarımıza gəlsinlər, komandamızı dəstəkləsinlər.

- Fransa – Azərbaycan cütünün qalibi yarımfinalda yenidən Serbiyaya rəqib olacaq. Finala yüksəlmək şansınızı necə qiymətləndirirsiniz?
- Hər komandanın müsbət və mənfi tərəfləri var. Biz də rəqiblərin mənfi cəhətlərindən yararlanmağa çalışacağıq.

Futbol
"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb