Çempionlar Liqasındakı rekordlar: “İnter” “Milan” önündə ilklərə imza atıb

Çempionlar Liqasındakı rekordlar: “İnter” “Milan” önündə ilklərə imza atıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya klubları “Milan” və “İnter” arasında keçirilən UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan rekordları açıqlayıb.

“Report”un məlumatına görə, “İnter” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi görüşdə bir sıra rekordlar və ilklərə imza atıb.

- “Milan” və “İnter” avrokuboklarda 5-ci dəfə üz-üzə gəliblər. “Rossonyerlər” dünənki matçda ilk dəfə rəqibə məğlub olublar. Bundan əvvəlki qarşılaşmalarda “Milan” 2 dəfə qələbə qazanmış, 2 dəfə isə heç-heçə etmişdi.

- “İnter” tarixdə ilk dəfə “Milan”ı üç fərqli turnirdə (Çempionlar Liqası, A seriyası, İtaliya Superkuboku) məğlub etməyi bacarıb.

- Tarixdə üçüncü dəfə “İnter” eyni mövsümdə “Milan”a minimum 3 dəfə qalib gəlib. “Neradzurra” daha əvvəl 1973/1974 mövsümündə 4, 1994/1995 mövsümündə isə 3 dəfə rəqibini üstələyib.

- “Milan” birinci dəfə Çempionlar Liqası (Avropa Kuboku) matçının ilk 11 dəqiqəsində iki qol buraxıb.

- “İnter” ÇL-in pley-off mərhələsinin bir oyununda 34 yaşdan yuxarı iki futbolçusu (Edin Dzeko və Henrix Mxitaryan) qol vuran ilk komandadır.

- Edin Dzeko Çempionlar Liqasının yarımfinalında (və ya finalında) qol vuran ən yaşlı ikinci oyunçudur (37 yaş 54 gün). O, yalnız “Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqzdən geri qalır. Uelsli 2011-ci ildə 37 yaş 148 günündə “Şalke” ilə qarşılaşmada fərqlənib.

- “Milan” Çempionlar Liqası (Avropa Kuboku) tarixində ən yaxşı yarımfinal göstəricisinə malik komandadır. “Rossonyerlər” 12 dəfə yarımfinalda iştirak edib, bunun 10-da finala yüksəlib. “İnter” isə indiyə qədər 8 yarımfinaldan 5-də həlledici qarşılaşmaya vəsiqə qazanıb.

- “Milan” indiyə qədər İtaliya klubları ilə avrokuboklarda dörd dəfə üz-üzə gəlib və hamısında rəqibini üstələyib. Bunun ikisində rəqib “İnter” olub.

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb