Almeyda Azərbaycan yığmasındakı karyerasını başa vurub

Almeyda Azərbaycan yığmasındakı karyerasını başa vurub

Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub.

QELEBE.AZ saytının məlumatına görə, bunu yarımmüdafiəçinin özü açıqlayıb.

34 yaşlı Braziliya əsilli milliləşən legioner instaqram səhifəsində paylaşım edib. O, millimizi seçməyinin səbəbinə toxunub: “Azərbaycana - “Qarabağ”a 2012-ci ildə gəlmişəm. Bu ölkəni, onun insanlarını sevdim, tez uyğunlaşdım. İllər keçdi və millidə oynamaq imkanım oldu. Qurban Qurbanov söhbətində mənə dedi ki, “Əgər sən həqiqətən də bütün ürəyinlə millidə oynamaq istəyirsənsə, o zaman başqa amillərə fikir vermə. Qərarını sevgi ilə verməlisən“. Milli komandanı pula görə yox, bu ölkəni və xalqını sevdiyim üçün seçdim...”.

Almeyda milli komanda ilə vidalaşmaq qərarına da toxunub: “Düşünürəm ki, artıq vaxt yetişib. Çox fikirləşdikdən sonra bu qərarı verdim. Milli komanda ilə vidalaşmalı olduğum gün gəldi... 6 il milli formanı qürurla geyinmişəm, bu hekayənin hər səhifəsi mənim üçün özəldir, bu anları heç vaxt unutmayacağam və həmişə ürəyimdə saxlayacağam. Qurban Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byaziyə, eləcə də millinin digər məşqçilərinə əməkdaşlığa görə təşəkkür edirəm. Bu illər ərzində hər kəsdən çox şey öyrəndim. Bütün keçmiş və indiki komanda yoldaşlarıma milli komandada olan unudulmaz macəraya görə təşəkkür edirəm. Hər zaman millinin yanında olan azarkeşlərə təşəkkür edirəm! Biz həmişə sizin dəstəyinizi hiss edirik. Siz hər şeyin ən yaxşısına layiqsiz! Biz eniş və yoxuşları, qələbə və məğlubiyyətləri, xoşbəxtlik və kədəri birlikdə paylaşırıq! Ümid edirəm ki, bundan sonra da belə olacaq...”.

Yarımmüdafiəçi bundan sonra bütün gücünü “Qarabağ”a sərf edəcəyinə söz verib: “Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda milli komandaya uğurlar! İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan!”.

Qeyd edək ki, Riçard Azərbaycan yığmasında 31 matçda 3 qol vurub.

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Futbol
Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib