Rəşad Sadıqov: “Qələbəyə yaxın idik”

Rəşad Sadıqov: “Qələbəyə yaxın idik”

“Gərgin oyunun şahidi olduq. Hər iki komanda meydanda amansız mübarizə aparırdı”.

QELEBE.AZ saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

41 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXV turunun “Sabah”la səfər oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Qələbə qazanaraq şanslarımızı son tura saxlamaq istəyirdik. Düşünürəm ki, qələbəyə yaxın idik. Rəqibdə 90-cı dəqiqədə 100 faizli qol imkanı yarandı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam. Yaxşı rəqibə qarşı oynayırdıq. "Sabah" ikinci yeri təmin etsə də, necə mübarizə aparırdı, görürdüz. Əsas heyət son dəqiqəyə qədər meydanda idi. Sonuna qədər mübarizə aparırdılar. Bizim işimizi bir az çətinləşdirirdi, amma ümumən oyunun öhdəsindən futbolçularım pis gəlmədi. Ağır səfər oyunundan üstün epizodlarla ayrılırıq. Amma təəssüf ki, onları qola çevirə bilmədik".

- Konfrans Liqasına vəsiqə qazanmağınız özünüzdən asılı olmayacaq. Mövsümün əvvəlində işin bu yerə qədər gəlib çıxacağını gözləyirdiz?

- Qış fasiləsində futbolçularla danışanda, işin bura qədər qalacağını müzakirə edirdik. Bilirdik ki, "Qəbələ" ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcək. Elə də oldu. Üç turdan bundan qabaq altı xal geridəydik. Ancaq indi son tura qədər şansımız qalıb. Amma rəqib mütləq məğlub olmalıdı, biz qalib gəlməliyik. Hətta bərabərlik bizə kifayət etmir. "Qəbələ" evdə "Kəpəz"ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadı, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik. Əslində, mövsümün əvvəlində hədəf dördüncü yeri tutmaq idi. Bunun uğrunda da iki komanda arasında mübarizə getdi. Hansı komanda dördüncü yeri tutsa, məncə, hər ikisi layiqdir.

- Növbəti mövsüm "Zirə" çempionluq uğrunda oynayacaq, yoxsa avrokuboklara vəsiqə üçün mübarizə aparacaqsız?

- Təbii ki, burada büdcə məsələsi böyük rol oynayır. Bu haqda rəhbərliklə hələ danışmamışıq. Büdcəmiz hələ müəyyən deyil. Mövsüm bitdikdən sonra daha detallı şəkildə bu barədə müzakirələr aparacağıq. Dörd futbolçu gətirdik, ancaq onlardan yalnız Eldardan istədiyimiz kimi istifadə etdik. Vladislav Kulaç zədələdir, bizimlə deyil. Donald Gerye iki aylıq zədələnmişdi. İbrahim Abbas da zədəli gəlmişdi, sonradan bizə qoşuldu. Transfer etdiyimiz oyunçuların potensialından tam istədiyimiz kimi istifadə edə bilmədik. Ancaq gələn il üçün güclənmək istəyirik. Mövsüm başa çatsın, detallı təhlil edib növbəti mövsümə hazırlaşacağıq.

Qeyd edək ki, “Bank Respublika Arena”dakı qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb