"Qarabağ" öz meydanında 828 gündən sonra məğlub olub

"Qarabağ" öz meydanında 828 gündən sonra məğlub olub

“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, XXXV turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri öz meydanındakı 17-ci matçda xalsız qalıb.

Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib. 2021/22 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb.

Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.
Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

Futbol
"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib