“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib - YENİLƏNİB

“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, ən diqqətçəkən görüş “ASCO Arena”da baş tutub.

Elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər “Səbail”lə “Şamaxı” komandaları birincilərin meydanında üz-üzə gəliblər.

Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.

“Səbail” son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.

25 xalla axırıncı – 10-cu yeri tutan “Şamaxı” isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, “Şamaxı” 2023/2024 mövsümünü I Divizionda, “Araz-Naxçıvan” isə elitada keçirəcək. Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, “Şamaxı” çempionatdakı çıxışını davam etdirəcək.

Günün digər oyunlarında “Qəbələ” “Kəpəz”lə heç-heçə (1:1) edib, “Zirə” “Sumqayıt”a səfərdə 3:0 hesabı ilə qalib gəlib. Mövsümə mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

N

Komanda

O

Q

H

M

T-F

X

1

Qarabağ

35

27

6

2

88-24

87

2

Sabah

35

25

6

4

75-23

81

3

Neftçi

35

19

8

8

62-38

65

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

35

10

9

16

35-46

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

18:52

Azərbaycan Premyer Liqasının XXXVI turunda keçiriləcək “Səbail” – “Şamaxı” oyununun heyətləri müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, elitada qalmaq uğrunda matçda üz-üzə gələcək komanalar start “11-lik”lərini açıqlayıblar.

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk
Baş məşqçi: Şahin Diniyev
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 29. Ramin Əhmədov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov
Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, saat 20:00-da başlayacaq qarşılaşma “ASCO Arena”da keçiriləcək.

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”