Musa Qurbanlı: “Qol vurmaq üçün dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”

Musa Qurbanlı: “Qol vurmaq üçün dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”

“Qol vurmaq istəmədiyim, bundan ötrü dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

21 qol vurmasına baxmayaraq, çempionatın bombardiri ola bilməyən gənc hücumçu buna görə üzülmədiyini bildirib: “Mən hər oyunda qol vurmaq istəyirəm. “Turan Tovuz”la qarşılaşma da istisna deyildi. Əlbəttə, kim bombardir olmaq istəməz? Amma çox məyus olmuram. Çünki 21 qol vurdum. Ən məhsuldar oyunçu da başqası yox, özümüzünkü - Ramil Şeydayev oldu. Onun adına da çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş”.

21 yaşlı forvard cari mövsümdə qazanılan çempionluğu əvvəlkilərlə müqayisə etməyi düzgün hesab etməyib: “Hər mövsümün öz çətinliyi var. Ümumiyyətlə, asan mövsüm olmur. Nə qədər çox qələbə qazansaq, kənardan asan görünər. Amma hər bir oyun çətin olur. Burada bizim illik əziyyətimizin bəhrəsi var. Ola bilər ki, meydanda qələbələr qazana bilərik, ancaq ondan kənarda çəkdiyimiz əziyyətlər görünməz. Heç bir mövsümü digərindən ayırmıram. Təkcə futbolçuların yox, məşqçilərin, klub işçilərinin, rəhbərliyin böyük əziyyəti var. Buna görə də, hər mövsüm çempion olanda böyük sevinc yaşayırıq”.

M.Qurbanlı “Sabah”ın çempionluq uğrunda onlarla mübarizə aparmasına sevindiyini söyləyib: “Sabah” bizə bir az çətinlik yaşatdı. “Sabah” kimi bir klubumuzun olması bizi sevindirir. Bu, çempionatın inkişafına təkan olar. İstərdik ki, həm “Sabah”, həm “Neftçi”, həm “Zirə”, həm “Qəbələ”, həm də digər klublarımız çox inkişaf eləsinlər, maraqlı çempionatımız olsun. Bunun bizə ancaq köməyi ola bilər”.

Azərbaycan millisinin üzvü legioner həyatı yaşamaq variantını da dəyərləndirib. O, buna atası Qurban Qurbanovla birgə qərar verəcəklərini vurğulayıb: “Bu barədə hələ dəqiq qərar verilməyib, söhbətimiz olmayıb. Bunun üçün çempionatın bitməsini gözləyirdik. Qərarı atamla bir yerdə verəcəyik. Çünki nəticədə gedib oynamalı olan mənəm. Amma atamın qərarı, məsləhəti olmadan addım atmaram. Çünki onun təcrübəsi məndən qat-qat çoxdur. Təklifi mənim özümə yox, kluba göndərirlər. Rəsmi təklif edilsəydi, yəqin ki, xəbərimiz olardı. Maraqlananların olması yəqin ki, normaldır. Çünki gənc futbolçu qollar vuranda maraqlanırlar. Bu barədə ətraflı söhbətimiz olmayıb”.

O, “Qarabağ”da qalacağı təqdirdə, avrokuboklarda da qollar vurmaq arzusunda olduğunu gizlətməyib: “Mənim işim çıxıb meydanda oynamaqdır. Bunu zaman göstərəcək. Bilirsiniz, ölkə çempionatında 30-dan çox oyun olur, avrokuboklarda isə bir rəqiblə iki dəfə qarşılaşırsan. Bunun da düzələcəyinə inanıram”.

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
UEFA Rusiya komandalarının Avropa turnirlərinə qayıtması ilə bağlı işçi qrupu yaradacaq

UEFA Rusiya komandalarının Avropa turnirlərinə qayıtması ilə bağlı işçi qrupu yaradacaq

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

Futbol
Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"