Bakıda taekvondo üzrə dünya çempionatı start götürür

Bakıda taekvondo üzrə dünya çempionatı start götürür

Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürəcək.

Apasport.az saytının məlumatına görə, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq.

Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq mundial Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Yarışda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gəlib. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Yarışın ilk günündə 2 çəki dərəcəsində qaliblər bəlli olacaq. Kişilərdə 68 kq, qadınlarda 57 kq çəkidə mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisinin heyətində Cavad Ağayev dayanq üzərinə çıxacaq. O, 1/32 final mərhələsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə döyüşəcək. Bakı Kristal Zalında keçiriləcək döyüşlər saat 09:00-da, yarımfinal görüşləri saat 18:30-da başlayacaq. Mundialın rəsmi açılış mərasimi isə saat 16:30-da start götürəcək.

Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Döyüş növləri
Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - FOTOLENT

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb