"Qarabağ"ın legioneri: "Çempionluq möhtəşəm hissdir"
"Çempion olmaq möhtəşəm hissdir".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Redon Cica "Balkanweb" nəşrinə müsahibəsində deyib.
25 yaşlı albaniyalı hücumçu Ağdam təmsilçisinə uyğunlaşmağın çətin olduğunu bildirib: "Amma vaxt keçdikcə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.

https://mail.qalaba.az//uploads/photo/qarabagin-legioneri-chempionluq-mohteshem-hissdir.webp











