Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.
"QELEBE.AZ"un məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.
Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.
Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-daha-iki-taekvondochusu-bakidaki-dunya-chempionatinda-mubarizeni-dayandirib.webp











