“Neftçi”nin prezidenti: Aktivliyimiz göz qabağındadır

“Neftçi”nin prezidenti: Aktivliyimiz göz qabağındadır

"Bütün futbol dünyası bu final həftəsini yaşayır. Bizim də finalımız var”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O, “Errea” şirkəti ilə sponsorluq müqaviləsinin imzalanması mərasimində Azərbaycan kubokunun iyunun 3-də keçiriləcək finalı ərəfəsindəki anlaşmadan danışıb: “Birigün final matçına çıxırıq. Bu dönəmdə də aktivliyimiz də göz qabağındadır. Yaxın gələcəkdə digər sponsorlarla da müqavilələr olacaq. Ölkəmizdə ilk dəfə texniki sponsorluq müqaviləsi imzalanır. İllər ərzində geyimləri müxtəlif şirkətlərdən alırdıq. Bu müqavilələr daha çox seçimimizə bağlı idi. Sadəcə birbaşa istehsalçı və ya distribütorları tərəfindən təklif olunan formaları alırdıq”.

Quliyev idman geyimləri sahəsində yenilik edildiyini bildirib: “Bir neçə il ərzində bizə müxtəlif şirkətlər belə təkliflər irəli sürüb. Amma klubumuzun həm adına, həm tarixinə, eyni zamanda, onun maddi tərəfi bu məsələyə son illər ərzində hər hansı şirkətlə ortaq məxrəcə gələ bilmirdik. Aparıcı istehsalçılar əfsuslar olsun ki, Azərbaycan futbol bazarlarına marağı yüksək deyil. Böyük şirkətlərin heç Azərbaycanda rəsmi nümayəndəlik açmayıblar. Ciddi şirkətlərlə bu yöndə işləri o qədər aktiv və uğurlu deyildi. Keçən ilin dekabrından bu məsələlərlə bağlı fəaliyyətimiz aktivləşib və müxtəlif şirkətlərdən təkliflər gəldi. Bizə texniki sponsor olacaq "Errea" şirkətinin nümayəndəsi Karlo Stronati buradadır. 11 ildir klub futbolundayam. Ancaq ilk dəfədir ki, əsas komandanın geyinəcəyi formalar eyni şəkildə də akademiyanın ən aşağı yaş qruplarına qədər eyni olacaq. Necə ki, Avropa klublarında bunu görürsünüz. Əsas komandanın forması 7 yaşlı oyunçunun da əynində olur. Eksklüzivlik olacaq, xüsusi bizim üçün hazırlanacaq formalar. Nəinki oyun formaları, eyni zamanda da məşq və nümayiş forması, bütün fəsillər üçün formalarımız var. Onların 70 faizi eksklüzivdir, "Neftçi"nin seçdiyi yox, istədiyi formadadır. Xüsusi dizayndadır”.

Klub prezidenti dizayna da toxunub: “Formalar rənglərimizə, ənənələrimizə uyğun hazırlanıb. Üçüncü məsələ, texniki partnyor yox, texniki sponsor axtarırdıq. Ümumi müqavilənin 45 faizədək mallar bizə pulsuz veriləcək. Bu da ilkdir. Ola bilər ki, bu tarixçəni daha yaxşı bilənlər var. Amma dediyim üç amil Azərbaycan futbolunda ilk dəfə baş verir. Tək futbol yox, idmandan bəhs edirəm. Bu, böyük nailiyyətdir, inkişafdır. "Neftçi" həmişə ilklər klubu olub. İlklər yükünü çalışırıq ki, öz üzərimizə götürüb aparaq. "Errea"nın rəhbərliyinə, Azərbaycanla işləyən dostlarımıza, klubumuzda işləyən və bu günü yaxınlaşdıran əməkdaşlarımıza təşəkkür etmək istəyirəm .Sizlərə, əziz jurnalistlər, təşəkkür etmək istəyirəm ki, gəldiniz bura. Bu, sadəcə müqavilə deyil. Bu da bir ilkdir”.

Futbol
Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Futbol
"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"