“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi gerçəkləşib

“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi gerçəkləşib

“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək komandada baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Bu posta Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək.

Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib