ABF prezidenti III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb

ABF prezidenti III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Polşada keçirilən III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb.

"Report" xəbər verir ki, o, multiidman yarışında gümüş mükafata sahib olan Məhəmməd Abdullayevlə (+92 kq) bürünc medala layiq görülən Murad Allahverdiyevi (80 kq) Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etdikləri üçün təbrik edib və yeni nailiyyətlər arzulayıb.

S.Babayev bildirib ki, 42 ölkənin qatıldığı yarışda 2 mükafata sahib olmaq, eyni zamanda, fəxri kürsüyə yüksələn boksçuların Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması gərgin məşqlərin bəhrəsidir. Kişilərdən ibarət komandanın medal sıralamasında “Top-7”də yer almasını uğur adlandıran federasiya prezidenti yarışda digər milli üzvlərinin də əzmkarlıq nümayiş etdirdiklərini vurğulayıb.

O, Olimpiadaya vəsiqələrin sayının artacağına və boksçuların növbəti böyük turnirlərdə üçrəngli bayrağı yüksəklərə qaldıracağına inam ifadə edib.

Boksçular çıxış etdikləri yarışlar, qatıldıqları təlim-məşq toplanışları və uğura gedən yoldan danışıblar. Onlar bildiriblər ki, əsas hədəf Olimpiya Oyunlarında medal qazanmaqdır.

Fərdi
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"