Slavko Georgiyevski “Neftçi"nin qələbəsinə ümid edir

Slavko Georgiyevski “Neftçi"nin qələbəsinə ümid edir

“Neftçi"nin qələbəsinə ümid edirəm. Düşünmürəm, amma istəyirəm ki, "ağ-qaralar" qalib gəlsin”.

Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski deyib.

Şimali makedoniyalı futbol veteranı Bakı təmsilçisinin Konfrans Liqasının II təsnifat mərhələsində "Jelezniçar"la cavab görüşü barədə danışıb. O bildirib ki, oyunu da izləyəcək: “Adrian Mutu üçün evdəki ilk rəsmi görüşdür. Lakin onun üçün zaman lazımdır. Bu cür oyunda qalib gəlib, mərhələ adlamalıdırlar. Yaxşı oynamağa baxmaq lazım deyil, əsas mərhələ adlamaqdır. Mutu qısa müddətdir ki, komandaya rəhbərlik edir. Bir aydan sonra komandanın necə irəliləyəcəyinə baxacağıq. Bu gün əsas olan "Jelezniçar" səddini keçməkdir. Düşünmək yox, qələbə qazanmaq lazımdır. "Neftçi"nin "Jelezniçar"dan daha böyük büdcəsi var, şəraiti daha yaxşıdır. Bunu meydanda göstərmək lazımdır. Hər il azarkeşlərin komandadan gözləntisi olur. İnanıram ki, yaxşı alınacaq. "Neftçi" "Jelezniçar" səddini keçsin, sonra "Beşiktaş"la mümkün oyun haqda danışmaq olar".

Qeyd edək ki, “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da başlayacaq.

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

Futbol
Lui van Qal Niderland yığmasını tərk edir

Lui van Qal Niderland yığmasını tərk edir

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub