Elmar Baxşıyev: "Danışılası çox şey yoxdur, zəif oynadıq"

Elmar Baxşıyev: "Danışılası çox şey yoxdur, zəif oynadıq"

"Danışılası çox şey yoxdur, zəif oynadıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın ilk turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis belə nəticə gözləmədiklərini bildirib: "Oynadığımız ən zəif görüş idi. Hazırlıq vaxtında komandada dinamika görürdüm. Getdikcə daha yaxşı olacağıq. İlk turdur. Məğlubiyyəti düzgün təhlil edib qarşıdakı oyunlara hazırlaşmaq lazımdır".

O, Kiprdə "Omoniya"ya qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra komandada yorğunluq olduğunu söyləyib: "Heç özüm bərpa olmamışam, qaldı futbolçular. Səfərdə oynamaq ağırdır. Yenə də düşünürəm ki, yorğunluq futbolçulara təsir edir".

Baxşıyevin sözlərinə görə, futbolda bu cür məğlubiyyətlər qaçılmazdır: "Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq".

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
“Milan” yeni qapıçı ilə anlaşıb

“Milan” yeni qapıçı ilə anlaşıb

Futbol
KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Futbol
Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”

Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir