Dünya çempionu olan para-üzgüçü Prezident İlham Əliyevə təşəkkür edib
“Bir ildir İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatına hazırlaşırdıq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov deyib.
O qeyd edib ki, idmançılar gözlənilən nəticəni göstərə biliblər: “Beləliklə Roman və mən Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazandıq. Ümidvaram bu qalibiyyəti Parisdə də davam etdirəcəyik”.
İdmançı bildirib ki, ölkədə üzgüçülər üçün yaradılan şərait ən yüksək səviyyədədir: “Su İdman Sarayında məşqlərimizi keçirik. Sağ olsun cənab Prezident İlham Əliyev. Elə şərait yaradılıb ki, bizim hovuz Avropanın ən yaxşı beş hovuzundan biridir”.
Azərbaycanın digər para-üzgüçüsü Roman Saley bildirib ki, İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında bir çox ölkələr iştirak edib: “Biz çox yaxşı nəticə göstərdik. Bizim çıxışımız yüksək qiymətləndirilib”

https://mail.qalaba.az//uploads/photo/dunya-chempionu-olan-para-uzguchu-prezident-ilham-eliyeve-teshekkur-edib.webp











