"Partizan"ın baş məşqçisi: "Bütün amillərdə "Sabah"dan geri qaldıq"

"Partizan"ın baş məşqçisi: "Bütün amillərdə "Sabah"dan geri qaldıq"

"Bütün amillərdə rəqibdən geri qaldıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu Serbiyanın "Partizan" komandasının baş məşqçisi İqor Dulyay Bakıda "Sabah"a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Bakı təmsilçisinin təzyiqi qarşısında tab gətirə bilmədiklərini söyləyib: "Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan "Sabah" yaşlı "Partizan"a dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik".

O, bu yay "Neftçi"dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub: "Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır".

Dulyay növbəti mərhələ şanslarını da dəyərləndirib: "Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar".

Qeyd edək ki, cavab oyunu avqustun 17-də Belqradda olacaq.

Futbol
“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Futbol
Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb