II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib

II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib

AFFA-nın inzibati binasında II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, klub rəsmiləri ilə müzakirələrdə PFL-in idarə heyəti - prezident Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

Əvvəlcə AFFA İcraiyyə Komitəsinin son qərarı ilə II Liqada oynamaq hüququ verilən “Dinamo” (Bakı) və “Şahdağ Qusar” komandaları rəsmilərinin simasında iştirakçılara təqdim olunub.

Gündəlikdə bir sıra məsələlərə toxunulub. Buraya əsasən idman prinsipləri, liqada oynayacaq peşəkar və həvəskar statuslu futbolçular haqda məlumatlar, transfer qaydaları, qeydiyyat, sifariş qaydaları, infrasturktur məsələləri və stadionların yekun təftişi ilə bağlı müzakirələr daxil olub. Bununla yanaşı, Region Liqası, aşağı yaş qrupları və II Liqa klublarında çıxış edən futbolçularla bağlı idman prinsiplərinin qorunmasının önəmi diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, 2023-2024 mövsümündə “Adidas” şirkəti ilə imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən son texnologiyalara uyğun olaraq hazırlanmış “Adidas Tiro” toplarından istifadə olunacaq. Peşəkar Futbol Liqası II Liqa klublarının maddi durumunu nəzərə alaraq, hər kluba 20 ədəd top hədiyyə edib. Ardından klub rəsmilərini maraqlandıran suallar cavablandırılıb.

Görüşün ikinci hissəsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər. Onlar lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər. Ümumilikdə 4 saatdan çox davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.

Futbol
Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

Futbol
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb