Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Azərbaycanın 2 boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Federasiyadan "Report"a verilən məlumata görə, 50 kq-da Aynur Mikayılova 1/8 finalda Byanka Balinti (Almaniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Onun növbəti rəqibi Lamprini Giannakopoulou (Yunanıstan) olacaq. Görüş sentyabrın 30-da baş tutacaq.
46 kq-da isə Faiq Mollayev İqor Uşinyaka (Polşa) qalib gəlib. O, rəqibini yenməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala adlayıb. O, növbəti döyüşünü oktyabrın 1-də Tomas Vari Cona (İngiltərə) qarşı keçirəcək.
Qeyd edək ki, sentyabrın 29-da Azərbaycanın daha 5 boksçusu mübarizəyə qoşulacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-2-bokschusu-avropa-chempionatinda-14-finala-yukselib.webp











