İJF Azərbaycanın dünya çempionatındakı çıxışına nəzər salıb

İJF Azərbaycanın dünya çempionatındakı çıxışına nəzər salıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) Zaqrebdə keçirilən dünya çempionatının ilk günü haqqında məqalə dərc edib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, qurum Azərbaycan idmançıların diqqətəlayiq çıxışlarını vurğulayıb.

İJF ilk gündə hər çəki dərəcəsində yeni çempionların olduğunu diqqətə çatdırıb: "Gənc idmançılar böyük nailiyyətlərə necə nail olmağı öyrənirlər və bugünkü çıxışları onların ən yüksək səviyyədə uğur qazanmaq potensialına malik olduqlarını göstərir. Onlar təzyiqi yaxşı idarə edə bilirlər və peşəkar idmançı həyat tərzi üçün lazım olan fiziki gücə malikdirlər. İdmançıların getdikləri yol asan olmasa da, irəliləyişləri ümidverici və ruhlandırıcıdır".

"50 kq çəki dərəcəsində yarışan Məmişov soyadlı azərbaycanlı idmançılar ilk iki yeri tutdular. Günün əvvəlində Məhəmməd Məmişovun reytinqdə lider mövqeyi nəzərə alınaraq güclü çıxış edəcəyi gözlənilirdi. Bununla belə, Nihad Məmişov yarış boyu ardıcıl performans göstərərək, reytinqdə ikinci olan Bens Qalo (Macarıstan) üzərində qələbə qazanaraq hər kəsi təəccüblədirdi", - deyə yazıda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub