Tahir Gözəl: “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”

Tahir Gözəl: “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”

“Qrup matçlarında “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşa biləcəyi komandalar barədə danışarkən deyib.

Futbol funksioneri rəqiblərin kimliyindən asılı olmayaraq, komandasına güvəndiyini bildirib: “Komandamın Avropa Liqasının qrupunda oynamağa hazır olduğunu düşünürəm. Artıq “Qarabağ”ın Azərbaycanın bir ruhu, parçası, canı olduğunu və bu klubu bütün dünya bilir. Qrupda hansı komandalarla düşməyimizdən asılı olmayaraq, onları bizimlə çətin oyunlar gözləyəcək. Ancaq nəticə necə olacaq, bunu təxmin etmək çətindir”.

T.Gözəl ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyin qürurunu yaşadığını söyləyib: “Heç nədən başladığımız marafonda bu axşam ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Bəzi ölkələrin komandaları yüksək reytinqə görə, birbaşa qrupdan başlayırlar. Şərqi Avropada isə bu, tarixi nəticədir. Hətta birbaşa qrupdan başlayanlar da daxil olmaqla, “Qarabağ”ın bacardığını ümumilikdə 16 klub edə bilib. Bizdən fərqli olaraq, onların çoxu heç təsnifatda iştirak etməyib. Buna görə də, tarixi gündür. Xalqımda bu həyəcanı, sevinci görməyin izahını etmək mümkün deyil”.

Klub prezidenti Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri cavab görüşünü də dəyərləndirib: “Avropada zəif, böyük klub anlayışı yoxdur. Ağır matç oldu. Amma “Qarabağ” səliqəli və təmkinli çıxış etdi. Nə çox risk etdi, nə də hədsiz müdafiə olundu. Qurban Qurbanov öz məharətini yenə gözəl şəkildə göstərdi. Buradan möhtəşəm qürur hissi ilə ayrılıram”.

Tahir Gözəl transfer çalışmalarını davam etdirdiklərini də sözlərinə əlavə edib: “Qurban Qurbanovun əlində büdcə, imkanlar var. Transfer işinə baxır. Rəhbərlik tərəfindən bu məsələdə heç bir məhdudiyyət yoxdur. Amma qısa müddətdə kimisə tapa biləcəkmi, bunu deyə bilmərəm. Biz həmişə axtarışdayıq”.

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri sentyabrın 1-də keçiriləcək püşkatma mərasimində bilinəcək.

Futbol
Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub