Canni De Byazi: "Gözəl oyun alınmasa da, istəyimizə nail olduq"

Canni De Byazi: "Gözəl oyun alınmasa da, istəyimizə nail olduq"

"Gözəl oyun alınmasa da, istəyimizə nail olduq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib: "Rəqibin yaxşı futbolçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil".

İtaliyalı baş məşqçi Emin Mahmudovun oyunda hər şeyi etdiyini söyləyib: "O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu".

De Byazi səsi batdığı üçün görüşdə çox qışqıra bilmədiyini və bu səbəbdən fikirlərini jestlərdə oyunçulara çatdırdığını deyib: "Bugünkü oyundan daha yaxşı çıxış edə bilərik. Futbolçular ot örtüyünə görə topu daha yaxşı qəbul edə bilmirdilər. Belçika və İordaniya ilə görüşlərdə yaxşı oyun sərgilədik".

Baş məşqçi AVRO-2024-ün növbəti seçmə oyunlarda yaxşı nəticəyə ümid etdiklərini deyib: "Bizi ağır qarşılaşmalar gözləyir. Belçika ilə dueldəki kimi çıxış edə bilsək, rəqiblərə çətinlik yaşada bilərik",

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Futbol
“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib