"Molde"nin baş məşqçisi: “Qarabağ”ı böyük klub hesab edirəm”

"Molde"nin baş məşqçisi: “Qarabağ”ı böyük klub hesab edirəm”

“Qarabağ”ı böyük klub hesab edirəm”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis səfərdə uğurlu nəticəyə ümid etdiklərini bildirib. O, Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır”.

O, Bakının gözəl şəhər olduğunu söyləyib: “Bakıda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz. Çünki Bakı çox gözəl şəhərdir”.

Moe “Qarabağ”a qarşı müdafiədən oynamayacaqlarını vurğulayıb: “Futbolda özünəinam ən önəmli amildir. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır. Sabah top bizdə olarkən fürsətlər yaratmağa, özümüz kimi olmağa çalışacağıq. Geriyə çəkilib müdafiədə oturmağı, əks-hücum futbolu sərgiləməyi planlaşdırmırıq. “Qarabağ”a qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər “Qalatasaray”, istərsə də “Qarabağ” olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir”.

“Molde”nin baş məşqçisi "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyənin “Qalatasaray” klubu ilə müqayisə edib: “Qalatasaray”la “Qarabağ” oxşar komandalardır. Əsas fərq “Qalatasaray”da böyük futbolçuların olmasıdır. “Qarabağ”ın üstünlüyü isə bir kollektiv kimi çıxış etməkdir. Sabahkı matçda da inanmıram ki, oyunun taleyini konkret hansısa futbolçu həll edəcək. Hər iki tərəfdə itkilər var”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
Futbol əfsanəsi Pele vəfat edib

Futbol əfsanəsi Pele vəfat edib

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"