Belqradda “klassik” zəfər - Azərbaycan güləşinin Parisə yolu da hamardır - ŞƏRH

Belqradda “klassik” zəfər - Azərbaycan güləşinin Parisə yolu da hamardır - ŞƏRH

Serbiyanın paytaxtı Belqradda təşkil olunan güləş üzrə növbəti dünya çempionatı da tarixin yaddaşına qovuşdu. Sentyabrın 16-24-ü aralığında keçirilən yarış ikiqat önəm daşıyırdı. Belə ki, pəhləvanlar medallarla yanaşı, Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanına da malik idilər. Bu səbəbdən güləşsevərlərin diqqəti "Ştark Arena"da baş tutan mübarizəyə yönəlmişdi.

Yunan-Roma güləşi millimiz dünya çempionatında parlaq çıxışla diqqətləri üzərinə çəkdi. Yığma bir növ yarışa mükəmməl hazırlığın qarşılığını gördü. Yüksək səviyyədə təşkil olunan təlim-məşq toplanışlarının, güclü sınaqçı-rəqiblərlə qarşılaşmaların komanda üçün faydası məhz Belqradda üzə çıxdı. Yığma Avropa çempionatında komanda hesabında 2-ci yeri tutmaqla da gələcək uğurların siqnalını vermişdi.

“Klassiklər” dünya çempionatına elə bir start verdilər ki, yer-yerindən oynadı. Komandanın ən təcrübəli və titullu üzvləri etimadı artıqlaması ilə doğrultdular. Belə ki, Eldəniz Əzizili (55 kq) karyerasında üçüncü, Rafiq Hüseynov (82 kq) isə ikinci dəfə dünya çempionu titulunu qazandılar. Bunun nəticəsində Belqradda bir gündə iki dəfə Dövlət Himnimiz səsləndi. Təəssüf ki, üçüncü finalçımız Sənan Süleymanov (77 kq) həlledici qarşılaşmada uduzaraq gümüş medalla kifayətləndi. Bununla belə, gənc pəhləvan olimpiadaya lisenziya qazanmaqla azərbaycanlı güləşsevərləri sevindirdi.

Yarışın son günündə isə Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) dünya çempionatını ikinci pillədə başa vurdular. Həsrət həmçinin Paris-2024-ə vəsiqəni rəsmiləşdirdi.

Yekun nəticəni möhtəşəm adlandıra bilərik. Bir sadə məntiqlə ki, mundialın finiş xəttini 2 qızıl və 3 gümüş medalla keçən yunan-Roma güləşi millimiz 120 xalla zirvədə qərarlaşdı. Komanda ən yaxın izləyicisi İranı 18 xal qabaqlayaraq tarixində ilk dəfə planetin ən güclüsü ünvanına sahib çıxdı. Yğma həm xallara, həm də medalların əyarına görə Azərbaycan güləş milliləri adına yeni rekord müəyyənləşdirdi. Bir komandanın dünya çempionatında 5 final görüşündə təmsil olunması da ilkdir.

Maraq üçün qeyd edək ki, bu komandanın təməli son 4 ildə qoyulub. Baş məşqçi Aleksandr Tarakanov təcrübəli pəhləvanlarla perspektivli gənclərin sintezindən mükəmməl heyət formalaşdırıb. Təsadüfi deyil ki, milli son 2 ildə Avropa və dünya çempionatında ilk iki pillədə qərarlaşıb. Bu isə komandanın daha böyük hədəflər uğrunda mübarizəyə tam hazır olmasına işarədir.

Yığma dünya çempionatında komanda hesabında bütün rəqiblərini qabaqlasa da, Paris-2024-ə iki lisenziya qazandı. Maksimuma çatmaq üçün daha 4 vəsiqənin əldə edilməsi şərtdir. Yəni komandanın növbəti hədəfi məhz bu olacaq. Özü də bunun üçün kifayət qədər münbit şərait var. Belə ki, Avropa Olimpiya Təsnifat turniri 2024-cü ilin aprelində Bakıda keçiriləcək. Güclü azarkeş dəstəyinə arxalanaraq "doğma divarlar" amilindən yararlanmaq heç də çətin missiya sayılmamalıdır. Yetər ki, pəhləvanlarımız finala yüksəlsinlər. Çünki reqlamentə əsasən, yalnız həlledici görüşün iştirakçıları lisenziyaya sahib çıxacaqlar.

Əslində növbəti sınaq da çətin sayılmamalıdır. Çünki mayda baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə qardaş ölkə Türkiyə evsahibliyi edəcək. İstanbulda təşkil ediləcək yarışda hər çəkidə ilk 3 yeri tutacaq pəhləvanlar Paris-2024 qatarının son sərnişinləri olacaqlar. Bir sözlə, Azərbaycan güləşinin Parisə yolu kifayət qədər hamar görünür. Sadəcə, ciddi hazırlaşmaq və qarşıdakı şanslardan maksimum yararlanmaq lazımdır.

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub