"Neftçi"nin "Zenit"lə oyununun tarixi və məkanı bəlli olub
"Neftçi"nin Rusiyanın "Zenit" klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi və məkanı bəlli olub.
Bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Qarşılaşmanın noyabrın 18-də, "Neftçi Arena"da təşkili planlaşdırılır.
Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.

https://mail.qalaba.az//uploads/photo/neftchinin-zenitle-oyununun-tarixi-ve-mekani-belli-olub.webp











