Azərbaycan millisinin futbolçusu: "Bizə inanan Azərbaycan xalqından üzr istəyirəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: "Bizə inanan Azərbaycan xalqından üzr istəyirəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin və Türkiyənin "Ümraniyəspor" klubunun futbolçusu Coşqun Diniyev "Report"un suallarını cavablandırıb.

28 yaşlı yarımmüdafiəçi son qarşılaşmalar və AVRO-2024-ün seçmə mərhələsi haqqında danışıb.

- Belçikaya səfərdə 0:5 hesabı ilə məğlub oldunuz. Matç haqqında nə deyə bilərsiniz?

- Oyun barədə deyiləcək çox söz yoxdur. Gözləmədiyimiz, ağır məğlubiyyət oldu. Üç gün əvvəl qazandığımız qələbəyə kölgə salan yenilgi idi. Bizə inanan, güvənən Azərbaycan xalqından öz adımdan üzr istəyirəm.

- İsveçə 3:0 hesabı ilə qalib gəldiyiniz görüşdə orta xətdə yaxşı mübarizə aparmışdınız. Baş məşqçi sonuncu qarşılaşmanın ilk dəqiqələrində sizə niyə şans vermədi? Özünüzü hazır hiss etmirdiniz?

- Bu, baş məşqçinin seçimidir. Bu barədə nəsə demək statusuna sahib deyiləm. Qərara hörmətlə yanaşmaqdan başqa əlimizdən heç nə gəlmir. Mən və ya başqasının oynamağının fərqi yoxdur. Xalqımızı bu qədər üzməməli idik. Oynamağa hazır idim və yorğun deyildim. Amma həmin gün qərar belə idi. Yəqin ki, baş məşqçi hər birimizin fiziki durumumuzu daha yaxşı bilir.

- Ümumiyyətlə, seçmə mərhələni necə dəyərləndirirsiniz?

- İlk üç görüşü və sonuncu matçı həm oyun, həm də xal cəhətdən çox zəif keçirtdik. Məncə, digər qarşılaşmalarda yaxşı çıxış etdik və istənilən xalları qazandıq. Amma demək olar ki, ilk üç matçdakı nəticələr qrupdakı taleyimizi həll etdi. Amma bəhanə olmamalıdır. Düşünürəm ki, bu qrupda ən azı üçüncü yeri tutmalı idik.

- Baş məşqçi Canni De Byazinin Belçikadakı oyundan sonra mətbuat nümayəndələri haqqında işlətdiyi fikirlərdən yəqin ki, xəbəriniz var. Siz bu barədə nə düşünsünüz?

- İnternet vasitəsi ilə oxumuşam. Bu barədə danışmağım düzgün olmaz. Fikir bildirəcək adam mən deyiləm. Amma onu da deməliyəm ki, bizim jurnalistlər bu sözlərin heç birinə layiq deyillər. Çox hörmətli, savadlı, insani keyfiyyətləri üstün olar mətbuat nümayəndələrimiz var. Ümid edirəm ki, bu məsələ jurnalistlərimizin istədiyi tərzdə yekunlaşar.

- İtaliyalı mütəxəssisin müqaviləsinin müddəti başa çatır və onun vəzifəsindən ayrılacağı gözlənilir. Sizin fikirləriniz necədir?

- İnşallah, millimiz və ölkəmiz üçün nə xeyirlidirsə, ümid edirəm ki, AFFA rəhbərliyi həmin qərarı verəcək. Baş məşqçinin qalması və ya getməsi qurumun qərarıdır. Bizə də hər şeyi hörmətlə qəbul etmək qalır.

- Türkiyədə legioner həyatınız necə davam edir? Artıq tam uyğunlaşdığınızı deyə bilərik?

- Bəli, tam uyğunlaşmışam. Çempionatın səviyyəsi, komandamdakı durumum, hər şey ürəyimcədir. Bəzi xırda maddi problemlər var. Onlar da aradan qalxsa, özümü çox rahat hiss edəcəyəm.

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb