“Sumqayıt” 4 ildir evdə “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA

“Sumqayıt” 4 ildir evdə “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA

“Sumqayıt” Premyer Liqanın XVI turunda qəbul edəcəyi “Qarabağ”a 4 ildir evdə qalib gələ bilmir.

“Report”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi axırıncı dəfə 2019-cu ilin noyabrında doğma arenasında güclü rəqibindən 3 xal almağı bacarıb.

Həmin vaxtdan bəri Sumqayıtda baş tutan 6 qarşılaşmanın yalnız ikisində eyniadlı komanda heç-heçə edə bilib. Son 4 matçda isə “Qarabağ” rəqibini “quru” hesabla məğlub edib.

Bu komandalar arasında çempionatda baş tutan son 10 görüşün hamısında ağdamlılar rəqib qapısına yol tapmağa müvəffəq olublar. “Sumqayıt” axırıncı dəfə 2021-ci ilin fevralında öz meydançasındakı görüşdə (0:0) qapısının toxunulmazlığını qoruya bilib.

Ümumiyyətlə, “Qarabağ”la “Sumqayıt” arasında Premyer Liqada keçiriləcək 45-ci görüş öncəsi son çempion böyük üstünlüyə malikdir. 2011-ci ildən bəri təşkil olunan 44 qarşılaşmanın cəmi 6-da “kimyaçılar” qələbə üzü görüblər. Bunun da biri texniki qalibiyyət olub. Həmin 5 matçın hər birində sumqayıtlılar minimal fərqlə rəqibi üstələyiblər. Əvəzində “Qarabağ” “gənclik şəhəri” təmsilçisini iki dəfə 6:0, iki dəfə 6:1, iki dəfə 5:0, bir dəfə 5:1, iki dəfə 4:0, iki dəfə 4:1, beş dəfə isə 3:0 hesabı ilə məğlub edib.

Komandalar indiyə qədər 5 dəfə heç-heçəyə razılaşıblarsa, “Qarabağ”ın hesabında 33 qələbə var. Vurulan qol sayında da nəzərəçarpacaq dərəcədə fərq var. “Sumqayıt” buraxdığı 108 topa cəmi 21 qolla qarşılıq verə bilib.

Qeyd edək ki, bu gün “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı saat 19:30-da başlayacaq. Hazırda ağdamlılar 32 xalla birinci, sumqayıtlılar isə 23 xalla üçüncü pillədə qərarlaşıblar.

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"