“Əl-İttihad”ın baş məşqçisi Benzemanı məşqlərdən kənarlaşdırıb
Fransalı hücumçu Kərim Benzema məşqlərdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun qarşıdakı toplanışında iştirak etməyəcək.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Bu qərar oyunçunun cümə günü komandanın olduğu yerə gəlməməsindən sonra verilib.
“Əl-İttihad” mövsümə hazırlaşmaq üçün bazar günü Dubaya gedəcək. Benzema Milad tətili başlamazdan əvvəl, dekabrın sonunda komandanın üç məşqini buraxıb.
Qeyd edək ki, “Əl-İttihad”ın baş məşqçisi argentinalı Marselo Qalyardodur. O, ötən ilin noyabrından komandaya rəhbərlik edir.
Benzema 36 yaşındadır və 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib. Bundan əvvəl Benzema İspaniyanın “Real” klubunda oynayıb, burada beş dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə “Qızıl top”u qazanıb.

https://mail.qalaba.az//uploads/photo/el-ittihadin-bash-meshqchisi-benzemani-meshqlerden-kenarlashdirib.webp











