Yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb

Yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Federasiyadan "Report"a verilən məlumata görə, yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 408 boksçu qüvvəsini sınayıb. 7 gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil edilən final döyüşlərində qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayıl Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion olublar.

Komanda hesabında Sumqayıt (3 qızıl, 3 gümüş, 5 bürünc) birinci yeri tutub. “Qızıl əlcək” İdman Klubu (3 qızıl, 1 gümüş, 1 bürünc) ikinci, Gəncə (2 qızıl, 1 gümüş, 7 bürünc) üçüncü olub.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan Muxtar Respublikası) ən əzimkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan birinciliyi
Finallar

44 kq
Rüstəm Şahbazov (Sumqayıt) – Ayxan Həsənov (“Təhsil” RİM) 3:2

46 kq
Əli Məmmədov (Astara) – Səid Aslanzadə (Sumqayıt) 5:0

48 kq
Zakir Həsənzadə (Gəncə) – İmran Axundov (“Təhsil” RİM) 5:0

50 kq
İsmayıl Rzayev (“Qızıl əlcək”) – Ülvi Ələsgərov (Gəncə) 5:0

52 kq
Bağır Əmirxanlı (“Təhsil” RİM) – Məhəmmədəli Məmmədəli (Tərtər) 5:0

54 kq
Sübhan Babayev (Sumqayıt) – Şahin Aslanov (“Təhsil” RİM) - birinci tam üstünlüklə qalib gəlib

57 kq
Haqverdi Həsənov (Naxçıvan MR) – Mansur Xodjayev (“Zabit” İK) 4:1

60 kq
Nurlan Abışov (“Qızıl əlcək”) – Vüsal Xəlilov (Sumqayıt) 3:2

63 kq
Kənan Aslanlı (Sumqayıt) – Dəniz Zeynalov (“Qızıl əlcək”) - birinci tam üstünlüklə qalib gəlib

66 kq
Valeh Eyvazlı (“Qızıl əlcək”) – Sarvan Abdullazadə (“Firuz” BK) 5:0

70 kq
Rza Rzayev (Gəncə) – Ömər İmanlı (“Təhsil” RİM) - birinci tam üstünlüklə qalib gəlib

75 kq
İsmayil Vəliyev (Pirşağı-Kürdəxanı OİK) – Ömər Quluzadə (Sumqayıt) - birinci tam üstünlüklə qalib gəlib

80 kq
Əmir Abasov (Qəbələ) – Əli Məmişov (“Təhsil” RİM) 5:0

+80 kq
Səftər Məmmədzadə (Ağsu) – Məhəmməd Cəfərov (Z-1 İK) 4:1

Bütün mükafatçılar

44 kq
1. Rüstəm Şahbazov (Sumqayıt)
2. Ayxan Həsənov (“Təhsil” RİM)
3. Əli Əliyev (Gəncə), Hüseyn Quliyev (“Qızıl əlcək”)

46 kq
1. Əli Məmmədov (Astara)
2. Səid Aslanzadə (Sumqayıt)
3. Ümid Rüstəmov (Masallı), Şahin Mustafayev (Gəncə)

48 kq
1. Zakir Həsənzadə (Gəncə)
2. İmran Axundov (“Təhsil” RİM)
3. Aydın Qasımov (Mingəçevir), Kərim Sultanov (Sumqayıt)

50 kq
1. İsmayıl Rzayev (“Qızıl əlcək”)
2. Ülvi Ələsgərov (Gəncə)
3. Əflatun İsmiyev (Sumqayıt), Elxan Ağazadə (UGİM-7)

52 kq
1. Bağır Əmirxanlı (“Təhsil” RİM)
2. Məhəmmədəli Məmmədəli (Tərtər)
3. Raul Heydərli (“Firuz” BK), Nahid Bayramov (Sumqayıt)

54 kq
1. Sübhan Babayev (Sumqayıt)
2. Şahin Aslanov (“Təhsil” RİM)
3. Əli Baxışov (Cəlilabad), Dəniz Mirzağayev (“Təhsil” RİM)

57 kq
1. Haqverdi Həsənov (Naxçıvan MR)
2. Mansur Xodjayev (“Zabit” İK)
3. Həsrət Mehduyev (Gəncə), Seydəmir Quliyev (Sumqayıt)

60 kq
1. Nurlan Abışov (“Qızıl əlcək”)
2. Vüsal Xəlilov (Sumqayıt)
3. Turğay Rəhimli (Gəncə), Raul Abdullayev (Lənkəran)

63 kq
1. Kənan Aslanlı (Sumqayıt)
2. Dəniz Zeynalov (“Qızıl əlcək”)
3. Murad Quliyev (Şəmkir), Tarverdi Məmmədli (“Spartak” İC)

66 kq
1. Valeh Eyvazlı (“Qızıl əlcək”)
2. Sarvan Abdullazadə (“Firuz” BK)
3. Fərid Məmmədov (Qazax), Musa İbadov (Balakən)

70 kq
1. Rza Rzayev (Gəncə)
2. Ömər İmanlı (“Təhsil” RİM)
3. Ülvi Novruzov (“Zenit” İK), Sahəddin Həsənli (Gəncə)

75 kq
1. İsmayil Vəliyev (Pirşağı-Kürdəxanı OİK)
2. Ömər Quluzadə (Sumqayıt)
3. Şamil Paşayev (Gəncə), İmrahim Nağıyev (Göygöl)

80 kq
1. Əmir Abasov (Qəbələ)
2. Əli Məmişov (“Təhsil” RİM)
3. İlkin Şəməmmədov (Pirşağı-Kürdəxanı OİK), Hüseyn Abdiyev (Gəncə)

+80 kq
1. Səftər Məmmədzadə (Ağsu)
2. Məhəmməd Cəfərov (Z-1 İK)
3. Nadir İsmixanov (“Təhsil” RİM), Rahib Təhməzov (Sumqayıt)

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib