Slovakiya yığmasının məşqçisi: “Azərbaycan gimnastlarının çıxışına baxanda insan özünü nağıllardakı kimi hiss edir”

Slovakiya yığmasının məşqçisi: “Azərbaycan gimnastlarının çıxışına baxanda insan özünü nağıllardakı kimi hiss edir”

“Azərbaycan gimnastları çıxış etdikləri, öz proqramlarını nümayiş etdirdikləri zaman insan özünü nağıllardakı kimi hiss edir. Adama elə gəlir ki, onların əllərindəki alətlər sehrlidir”.

“Report” xəbər verir ki, bunu Slovakiyanın bədii gimnastika üzrə yığmasının məşqçisi Adela Dimova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Bolqarıstan əsilli sabiq gimnast əvvəllər dəfələrlə Bakıda olduğunu bildirib: “Buradakı təlim-məşq toplanışlarında, eləcə də yarışlarda iştirak etmişəm. Bakıda yüksək təcrübəyə malik çoxlu peşəkarlar var. Onlar hər zaman bizə kömək göstərməyə hazırdırlar. Bakıya səfər etməyi çox xoşlayıram. Ab-hava və şərait yüksək səviyyədədir. Bura bir gimnastla gəlmişəm. O, fərdi gimnast olaraq yığmanın heyətində yer alır. Builki yarışlara daha yaxşı hazırlaşmaq və təcrübəmizi artırmaq məqsədilə buradayıq. Əsasən xoreoqrafiya üzərində işləyirik”.

12 ildir məşqçi kimi fəaliyyət göstərən Adela Dimova Bakını çox sevdiyini vurğulayıb: “Buranı bəyənirəm. Məndə xoş təəssürat yaradan qədim şəhərdir. Milli Gimnastika Arenasını bəyənirəm, çünki burada qalmaq üçün şərait var. Təəssüf ki, bizdə bu cür şərait yoxdur. Bir sözlə, burada idmançılar üçün hər bir imkan yaradılıb”.

Məşqçi sonda Azərbaycan Gimnastika Federasiyasının İcaiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilevaya təşəkkürünü bildirib: “Mariana xanım mənim məşqçim olub. Mənə təkcə gimnastikanı deyil, həm də həyatı öyrətdiyi üçün ona minnətdaram”.

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib