Azərbaycan millisi Litva ilə səfər matçına baş məşqçisiz çıxıb

Azərbaycan millisi Litva ilə səfər matçına baş məşqçisiz çıxıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Litva ilə səfər matçına baş məşqçisiz çıxıb.

Bunu "QELEBE.AZ"a açıqlamasında millinin çalışdırıcısı Aleksandr Revva özü bildirib.

"Mən Litvadakı oyunda iştirak edə bilmədim. Litva mənə viza vermədiyi üçün komandanı oyuna ikinci məşqçi çıxardı. Rəqib meydançaya yüksək əhval-ruhiyyədə çıxmışdı. Onlar Bakıdakı məğlubiyyətin əvəzini çıxa bildilər. Komandam ilk dəqiqələrdən matça yaxşı başlamadı. Əsas oyunçumuz Kamilə Bayramova da iki dəfə 2 dəqiqəlik meydandan qovuldu. Nəticədə 38-ci dəqiqədə üçüncü dəfə cəzalanan Bayramova qırmızı vərəqə aldı. O, bizim əsas oyunçumuzdur və onsuz komandaya çox çətin oldu", - deyə Aleksandr Revva vurğulayıb.

Rusiyalı mütəxəssis qarşıdakı matçlarda azarkeşləri sevindirmək niyyətində olduqlarını diqqətə çatdırıb: "Həndbolçular Litvada qələbə qazanmaq istəyirdilər, amma Bakıdakı uğuru təkrarlaya bilmədik. Seçmə mərhələ çərçivəsində qarşıda iki oyunumuz var. Evdə Şimali Makedoniya, səfərdə İspaniya yığmaları ilə üz-üzə gələcəyik. Bakıdakı oyunda Şimali Makedoniyanı məğlub etməyə çalışacağıq. İspaniya kimi Avropanın aparıcı həndbol yığmasını üstələmək isə çox çətin olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Bakıda Litvaya 35:33 hesabı ilə qalib gəlsə də, səfərdə bu rəqibinə uduzub - 26:41. 5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) məğlub olub.

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb