PSJ Birinci Liqada Mbappenin het-triki sayəsində “Montpelye”ni darmadağın edib

PSJ Birinci Liqada Mbappenin het-triki sayəsində “Montpelye”ni darmadağın edib

Fransa Birinci Liqasında 26-cı turun "Monpelye" və PSJ komandalarının qarşılaşdığı oyun başa çatıb.

"Report"un məlumatına görə, oyun “Stad de la Mosson”da (Monpelye, Fransa) baş tutub.

Görüşdə qonaqlar 6:2 hesabı ilə qalib gəlib.

Matçın 14-cü dəqiqəsində Kilian Mbappenin ötürməsindən qolu PSJ-nin yarımmüdafiəçisi Vitinya hesabı açıb. 22-ci dəqiqədə fransalı hücumçunun özü həmyerlisi Randal Kolo Muaninin ötürməsi ilə fərqlənib. Bundan 8 dəqiqə sonra hücumçu Arno Norden meydan sahiblərinin hesabdakı fərqini azaldıb, 45+2-ci dəqiqədə Teji Savanye penaltidən hesabı bərabərləşdirib.

50-ci dəqiqədə Mbappe dubla imza atıb. Üç dəqiqə sonra PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Kolo Muaninin ötürməsi ilə qonaqların hesabdakı üstünlüyünü artırıb. 63-cü dəqiqədə Mbappe het-trik edib. Matçın 86-cı dəqiqəsində qarşılaşmada son nöqtəni parisli Nuno Mendeş qoyub.

PSJ 2023/2024 mövsümündə Birinci Liqada turnir cədvəlində birinci yerdədir. Komanda 26 oyunda 59 xal toplayıb. "Monpelye" 26 xalla 14-cü yerdədir.

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub