Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq
Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.
"QELEBE.AZ"un məlumatına görə, qadınlardan ibarət yığma II turun ilk matçında Rumıniya kollektivi ilə üz-üzə gələcək.
Rumıniyadakı qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) məğlub olub.
Kişilər isə II turun ilk görüşündə Belçikanın qonağı olacaq. Matç saat 19:30-da başlayacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi milli Bakıda təşkil olunan I turda Rumıniya və Ukraynaya eyni hesabla yenilib - 0:3.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-voleybol-millileri-qizil-avropa-liqasinda-novbeti-matchlarina-chixacaq.webp











