"Sumqayıt"ın baş məşqçisi: Türkiyə hirs üzərində qurulan komandadır

"Sumqayıt"ın baş məşqçisi: Türkiyə hirs üzərində qurulan komandadır

Türkiyə hirs üzərində qurulan komandadır. Milli səviyyəsində oyunlar tam başqadır.

Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin bu gün baş tutacaq Rumıniya - Niderland və Avstriya - Türkiyə matçlarında şansları dəyərləndirərkən deyib.

S.Abasov Türkiyə millisini Avstriyadan üstün sayıb:

“Düzdür, oyun intizamına görə Avstriyanı daha çox önə çıxarırlar. Qrup mərhələsində də həddən artıq intizamlı idilər. Ancaq bu elə bir mərhələdir ki, hirslə, ruhla belə rəqib səni üstələyə bilər. Avstriya millisi xoş təsir bağışlasa da, şansı daha çox Türkiyəyə verirəm. Məsələn, Niderlandın müdafiəçilərindən biri “Mançester Siti”də, biri “Liverpul”da, digəri “Bavariya”da oynayır. Buna baxmayaraq, görün necə səhvlər edirlər. Niderland növbəti mərhələyə çox əziyyətlə çıxdı. Portuqaliya bəlkə də maliyyə dəyərinə görə Avropada birincidir. Amma penaltilər sayəsində 1/4 finala yüksəldilər. Türkiyə yaxşı komandadır, amma “bişməlidir”. Düzdür, bu gün Avstriyadan yaxşı deyillər, amma hirslidirlər. Bunun sayəsində rəqibi üstələyə bilərlər”.

Mütəxəssis Rumıniya - Niderland qarşılşamasında ikinciləri daha şanslı gördüyünü bildirib:

“4 komandanın da gücü bərabərdir. Niderland təcrübəli komanda olmasına baxmayaraq, Avropa çempionatında heç xoşuma gəlmədi. Hətta qrupdan ən yaxşı üçüncü kimi çıxdılar. İstənilən halda Niderlandı Rumıniyadan daha üstün görürəm. Proqnoz vermək isə çox çətindir, özüm də maraqla baxacağam”.

Qeyd edək ki, Rumıniya - Niderland qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da, Avstriya - Türkiyə matçı isə 23:00-da başlayacaq.

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

Futbol
Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Futbol
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Futbol
Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb