"Sabah" NBA-da oynamış basketbolçunu heyətinə qatıb
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ölkə çempionu Hassani Qravettlə anlaşıb.
ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.
O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.
Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.

https://mail.qalaba.az//uploads/photo/sabah-nba-da-oynamish-basketbolchunu-heyetine-qatib.webp











