İspaniya - Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında yarımfinal oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.
"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispanların hücumçusu Lamin Yamal görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
16 yaşlı futbolçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, L.Yamal həmçinin Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu adını qazanıb.

https://mail.qalaba.az//uploads/photo/ispaniya-fransa-gorushunun-en-yaxshi-futbolchusu-belli-olub.webp











