Rəşad Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik

Rəşad Sadıqov:  İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik

İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik.

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis sabah çətin görüşə çıxacaqlarını bildirib:

"Sabah bizi olduqca vacib matç gözləyir. "DAK-1904" kollektivi ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və bu fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq mərhələni adlayan tərəf olaq. İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik".

Qeyd edək ki, Slovakiyadakı "DAK-1904" - "Zirə" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bakıda keçirilən ilk matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Futbol
Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var