Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun əvəzinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.

https://mail.qalaba.az//uploads/photo/emin-mahmudov-azerbaycan-millisinin-heyetinden-chixarilib.webp











