Maksim Medvedev: "Qarabağ" oyun baxımından "Lion"dan geri qalmadı"

Maksim Medvedev: "Qarabağ" oyun baxımından "Lion"dan geri qalmadı"

"Qarabağ" oyun baxımından rəqibdən geri qalmadı.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu və kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”la (Fransa) baş tutan oyunu dəyərləndirərkən deyib.

O, “Qarabağ”ın rəqibdən geri qalmadığını vurğulayıb:

“Əlbəttə, oyundan əvvəl belə bir nəticə gözləmirdik. “Lion”un hansı səviyyədə futbol nümayiş etdirdiyini bilirik. "Qarabağ" oyun baxımından rəqibdən geri qalmadı. Sadəcə, qonaqlar imkanlardan istifadə edə bildilər. "Qarabağ"ın isə günü deyildi. Top dirəklərə dəyirdi, imkanlardan istifadə edə bilmirdik. Təəssüf ki, sonda belə nəticə oldu. Ancaq hesab oyuna görə deyildi. Hətta qarşılaşmadan sonra “Lion”un baş məşqçisi də bunu vurğuladı. Meydanda başabaş mübarizə gedirdi. Ola bilsin, rəqib futbolçular fərdi ustalıqlarına görə daha yaxşı çıxış etdilər. Ona görə də nəticə belə alındı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - “Lion” matçı Fransa klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Futbol
Arda Turan karyerasını bitirib

Arda Turan karyerasını bitirib

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər