Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə "Prezident Kuboku" uğrunda yarış 2024-cü ilin "İdman Paytaxtı" Qubada baş tutub.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov "Prezident Kuboku"nun əhəmiyyətindən danışaraq bu cür kütləvi yarışların davamlı olaraq təşkil ediləcəyini bildirib.

Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçika təmsilçilərinin də daxil olduğu 132 atlet mübarizə aparıb.

Quba Olimpiya İdman Kompleksində start götürən və qaçış məsafəsi 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər.

Yekunda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 02:40:37 göstərici ilə "Prezident Kuboku"nun qalibi olub. Elman Abışov 2-ci, Ağa Əliyev 3-cü yeri tutub.

Qadınların mübarizəsində Leyla Abdinova 03:28:48 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişi 2-ci, Natalya Şiyanova isə 3-cü keçib.

40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub