AMADA-nın təşkil etdiyi beynəlxalq foto müsabiqəsinə yekun vurulub

AMADA-nın təşkil etdiyi beynəlxalq foto müsabiqəsinə yekun vurulub

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə yekun vurulub.

"Report" xəbər verir ki, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) platforması üzərindən beynəlxalq fotoqrafiya qaydaları əsasında təşkil olunan müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alıb.

Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetirilib.

Müsabiqəyə 27 ölkədən 53 fotoqraf 205 foto təqdim edib. Beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov (Azərbaycan), Umberto Deramo (İtaliya) və Yasser Alaa Mobarakın (Misir) yer aldığı münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 25 fotoqraf mükafatçılar sırasında yer alıb.

Azərbaycandan üç fotoqraf – Dilavər Nəcəfov, Zaur Mustafayev və Naib Əhmədovun fotoları da mükafata layiq görülüb.

Xatırladaq ki, AMADA-nın dekabrın 16-da Bakıda təşkil olunan “Təmiz qələbə: Olimpiya ilinə yeni baxış” adlı beynəlxalq konfransında müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq